BAKI, 25 may. TELEQRAF

İstismara verildiyi tarixdən indiyədək Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə təqribən 556 milyon ton Azərbaycan nefti nəql edilib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, BTC neft ixracı boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsindən 21 il ötür.