BAKI, 12 dekabr. TELEQRAF
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda tikintiyə 3 milyard 921,1 milyon manat investisiya yönəldilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən bu istiqamətdə 2,7% azalma olub.
Bu məbləğdən mənzil tikintisinə isə 2 milyard 623,4 milyon manat xərclənib. 2024-cü ilin eyni dövrünə nisbətən bu istiqamətdə 18,8% artım qeydə alınıb.