BAKI, 12 dekabr. TELEQRAF

Dövlət Neft Fondu (ARDNF) və Dövlət Neft Şirkətinin (SOCAR) təsisçiləri olduğu “Azerbainan Rigs” MMC nizamnamə kapitalını 950 milyon manatdan 880 milyon manata azaldıb.

Teleqraf bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Azalmada səbəb nizamnamə kapitalının 70 milyon manatın təsisçilərə geri qaytarılması olub.

Qeyd edək ki, şirkət Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisi üçün ARDNF və SOCAR-ın təsisçiliyi ilə yaradılıb.