BAKI, 12 dekabr. TELEQRAF
2025-ci ilin yanvar-noyabr aylarında magistral neft kəmərləri ilə 33 milyard 408,9 min ton neft nəql edilib.
Teleqraf Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, nəqletmənin 74,6 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 24907,4 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 85,1 faizini və ya 21199,8 min tonunu Azərbaycanda hasil edilən neft, 14,9 faizini və ya 3707,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.