BAKI, 12 dekabr. TELEQRAF
Cəbrayılın Şükürbəyli kəndində 1042 ailəlik sahədaxili və evlərin qazla təchizatı 4 milyon manata ərsəyə gələcək.
Teleqraf xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bu barədə müsabiqə elan edib.
Yaşayış məntəqəsində 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) evlərin qazla təchizatı üçün qalib şirkətə 4 milyon 68 min 959,78 manat vəsait ödənilməsi nəzərdə tutulub.
Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi yanvarın 15-nə təyin olunub.
Qeyd edək ki, Cəbrayılın Şükürbəyli kəndinin təməli 2023-cü ilin may ayında Prezident İlham Əliyev tərəfindən qoyulub. Kənddə 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulub.