BAKI, 11 dekabr. TELEQRAF
Bu ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 168,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, hesabat dövründə 50 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 999 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 127,1 milyon manat təşkil edib.
Dövr ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 604-ü qeyri-yaşayış, 3.952-si torpaq sahələri üzrə olmaqla 4.556 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 41,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.