BAKI, 5 dekabr. TELEQRAF
Tatarıstan ilə iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi, işgüzar dairələr arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi, birgə istehsalın təşkili üçün geniş imkanların mövcuddur.
İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarovun Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşündə vurğulanıb.
Bildirilib ki, ticarət, sənaye, energetika, logistika, təhsil, səhiyyə və digər sahələrdə işbirliyinin inkişafı istiqamətində perspektivlər, həmçinin Azərbaycan ilə Tatarıstan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə olunub.
Tərəflər birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və həyata keçirilən digər təşəbbüsləri dəyərləndiriblər.