BAKI, 5 dekabr, TELEQRAF
Ermənistanda üçüncü və ya sonrakı uşağın doğulması üçün birdəfəlik ödənişlər azalacaq, lakin 6 yaşa qədər uşaqlar üçün aylıq ödənişlər qalacaq. Gənc ailələrə ipoteka ödənişi dəstəyi də davam etdiriləcək.
Teleqraf xəbər verir ki, bunu "Sputnik Ermənistan"-a müsahibəsində əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan ailələrə və analığa dəstək üzrə cari və gələcək dövlət proqramlarını təqdim edərkən deyib
O bildirib ki, ölkədə 4 və daha çox uşağı olan ailələrin demək olar ki, yarısı sosial cəhətdən zəifdir, 5 və daha çox uşağı olan ailələrdə isə bu faiz 80%-ə çatır.
Qeyd edək ki, 2026-cı il sentyabrın 1-dən ailədə doğulan uşaqların sayından asılı olmayaraq hər uşağa görə müavinət 500 min dram (1,3 min dollar) təşkil edəcək
Hazırda Ermənistanda birinci və ikinci uşağın doğulmasına görə birdəfəlik müavinət 300 min dram (780 dollar), üçüncü və dördüncü uşaq üçün 1 milyon (təxminən 2600 dollar), beşinci və hər bir sonrakı uşaq üçün isə 1,5 milyon (təxminən 3900 dollar) təşkil edir.
Nazir müavini qeyd edib ki, üç və daha çox uşağı olan ailələr üçün birdəfəlik müavinət azaldılacaq, lakin uşağın altı yaşı tamam olana qədər aylıq 50 min dram (130 dollar) müavinət əlavə olunacaq.
Məlumat üçün bildirək əhali sayının artırılması üçün 2022-ci ildən tətbiq edilən bu ödənişlər sayəsində 2018-ci ildə 8300, 2019-cu ildə 9000 ailədə üçüncü uşaq doğulduğu halda, 2023 və 2024-cü illərdə belə ailələrin sayı təxminən 12 000-ə yüksəlib.