BAKI, 5 dekabr.TELEQRAF

İstilik mövsümü başlayandan Avropada yeraltı qaz anbarlarından (UGS) xalis çəkilmə (çıxarmanın ümumi səviyyəsi vurulma həcmindən çoxdur) 10 milyard kubmetri ötüb.

Teleqraf xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastrukturu (GIE) məlumat yayıb.

Qeyd edək ki, ötən mövsüm 2025-ci il martın 28-də başa çatıb, o zaman ehtiyatların həcmi 33,57% olub.

Hazırda Avropanın yeraltı qaz anbarları 73,85% doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 10,58 faiz bəndi aşağıdır).

Oktyabrın 13-də istilik mövsümü başlayandan Aİ ölkələri anbarlardan təxminən 14 milyard kubmetr qaz çıxarıb. Bununla belə, xalis çəkilmə 10 milyard kubmetri ötür.