BAKI, 4 dekabr. TELEQRAF

Bu ilin yanvar - noyabr aylarında yeni nəsil nəzarət kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyard manat, yaxud 13,1 faiz çoxdur.

İndiyədək ölkə ərazisində 109.611 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.