BAKI, 7 yanvar. TELEQRAF
Azərbaycanlı atıcı Rəna Əsgərova cəzalandırılıb.
Bu barədə Teleqraf-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Onun nümunəsində qadağan edilmiş maddə (S4.Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin) aşkarlanıb.
Rəna Əsgərova AMADA tərəfindən üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 2025-ci ilin iyulun 16-dan hesablanır.