QƏBƏLƏ, 1 oktyabr. TELEQRAF

III MDB Oyunları çərçivəsində U-16 futbol yarışması davam edir.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan yarımfinal matçında Azərbaycan millisi ilə Qırğızıstan yığması üz-üzə gəlib.

Millimiz görüşdə rəqibini 4:0 hesabı ilə darmadağın edərək finala yüksəlib.

Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. Əli Bəşirov 70 və 75-ci dəqiqələdə, Roman Fərzəli isə 78-ci dəqiqədə adını tabloya yazdırıb.

Qeyd edək ki, günün növbəti oyunu Rusiya və Özbəkistan seçmələri arasında keçiriləcək.