BAKI, 12 avqust. TELEQRAF

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılara dopinq nəzarətinin həyata keçirilməsi xidmətlərinin satınalınması ilə bağlı xarici şirkətlə müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, xidmət Belarus və Gürcüstanın Antidopinq Agentliklərinə həvalə edilib. Bu razılaşma AMADA-ya 20 min manata başa gəlib.

Belarus və Gürcüstanın Antidopinq Agentlikləri ilin sonuna qədər idmançılara dopinq nəzarəti edəcəklər.