BAKI, 16 iyul. TELEQRAF

Rusiyalı fiqurlu konkisürən Nadejda Ponteleyenko antidopinq qaydalarını pozduğuna görə cəzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyinin (RUSADA) rəsmi saytında məlumat verilib.

16 yaşlı idmançı 4 il müddətinə diskvalifikasiya edilib.

Ponteleyenkonun dopinq nümunəsində meldonium aşkar edilib. Diskvalifikasiya müddəti 2024-cü ilin aprelin 19-dan hesablanır.

Daha əvvəl Nadejda Ponteleyenkonun əvvəlcə iki il müddətinə kənarlaşdırıldığı bildirildi. O, bu qərardan apellyasiya şikayəti verib.