BAKI, 17 may. TELEQRAF

İtaliyanın Peruca şəhərində keçirilən Kunq Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva finala vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Kunq Fu Federasiyasından bildirilib.

11 yaşlı Ə.Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin nəvəsidir. O, Leyla Əliyeva və Emin Ağalarovun övladıdır.

Yarışa yollanan Azərbaycan nümayəndə heyətinin tərkibində ölkə başçısı İlham Əliyevin qızı Arzu Əliyeva da olub.

Çempionatda Azərbaycan idmançısı Əminə Əliyeva parlaq çıxışı ilə “light sanda” döyüşü üzrə finala vəsiqə qazanıb.

Onun əldə etdiyi uğur Azərbaycan Kunq Fu Federasiyasının beynəlxalq arenadakı nüfuzunu bir daha təsdiqləyir.