BAKI, 25 aprel. TELEQRAF
“Formula 1 üzrə Azərbaycan Qran-Prisinə bilet alan azarkeşlərin 80 faizindən çoxunu xarici vətəndaşlar təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev açıqlamasında bildirib.
Fərzullayev Qran-Priyə hazırlıqlardan danışıb: “Yarışa 5 aydan az zaman qalıb. Hazırlıq sürətlə davam edir, nəticələr gözlənildiyindən daha yüksəkdir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 19 - 21 sentyabrda təşkil olunacaq.