Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Almaniya Bundesliqasında çıxış edən futbolçunu transfer edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klub məlum yayıb.

Leypsiq”dən ayrılan 24 yaşlı fransalı Mohamed Simakanın bu keçidi "Əl-Nəsr"ə 45 milyon avroya başa gəlib.

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun da heyətində yer aldığı “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasında beşinci sırada qərarlaşıb.