AĞDƏRƏ, 10 avqust. TELEQRAF

Ağdərədə yanğınlar davam edir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğınların söndürülməsinə helikopterlər də cəlb olunub.

Yanğın genişlənərək meşəlik əraziyə keçib.

Hazırda Suqovuşan kəndi ərazində dağlıq ərazidə yerləşən meşə massivində davam edən yanğına qurudan FHN-in yanğınsöndürən əməkdaşları və havadan aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.