
Tovuzda 44 yaşlı kişi özünü asıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.
Rayon sakini Vüsal Hüseynovun asılmış vəziyyətdə meyidi tapılıb.
Hadisə yerinə Tovuz rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başladılıb.