Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.

Teleqraf.com xəbər verir ki, Pakistan vətəndaşı Saqlani Seyid Haider dələduzluqla üzləşməsi ilə bağlı polisə müraciət edib.

O, bildirib ki, Şəki şəhər sakini, 1988-ci il təvəllüdlü Səxavət Səlimov tibbi avadanlıq satmaq adı ilə ondan 13800 manat alsa da həmin avadanlıqları gətirməyərək onu aldadıb.

Faktla bağlı araşdırma aparılır.