Xorvatiyada "Vətənpərvər koalisiya"da birləşən müxalifət partiyaları parlament seçkilərində qalib gəlir. Ölkənin Dövlət Seçki Komissiyası seçki məntəqələrinin 15 faizinin nəticələrini açıqlayıb.

Xorvatiya Demokratik Birliyinin rəhbərlik etdiyi müxalifət 151 mandatdan 63-nü qazanıb.

Hakim Sosial-Demokrat Partiyasının başçılıq etdiyi "Xorvatiya böyüyür" koalisiyası isə 52 mandat qazanıb.