Rusiya məxsus döyüş təyyarələri Hələb şəhərinin Hadır və Ays bölgələrində xəstəxana və dərman fabrikini bombardman edib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı bölgə nümayəndəsi Əbu Mustafa məlumat verib.

Onun sözlərinə görə, hadisədən sonra fabrikdə yanğın baş verib. Hazırda fabrikin dağıntıları altında axtarış-xilasetmə işləri davam etdirilir.

Samir