BAKI, 20 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kanada ilə əldə olunan ticarət razılaşmasının bütün tərəflər üçün sərfəli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp bunu Kanada Baş naziri Mark Karni ilə əldə olunan razılaşmanı şərh edərkən deyib.
“Düşünürəm ki, Baş nazirlə yaxşı razılaşmamız var və bu, hamı üçün yaxşı sazişdir”, - ABŞ Prezidenti bildirib.
Bundan əvvəl Tramp avqustun 19-da qüvvəyə minməsi nəzərdə tutulan Kanada məhsullarına 50 faizlik gömrük rüsumlarının tətbiqini üç gün müddətinə dayandırdığını açıqlamışdı.
ABŞ Prezidenti qərarın Vaşinqton və Ottava arasında ticarət razılaşmasının əldə olunması ilə əlaqədar verildiyini bildirib. Razılaşmanın rəsmiləşdirilməsi üçün yekun sənədləşmə prosesinin tamamlanması gözlənilir.
İlkin mənbə: Donald Trampın açıqlaması.