BAKI, 20 avqust. TELEQRAF
ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) amerikalı aktrisa Hayden Panettyerinin ölümünün araşdırılmasına qoşulub.
Teleqraf xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Telekanalın məlumatına görə, araşdırmanı Şimali Karolina ştatının Qrinvill şəhər polisi aparır. DEA mütəxəssisləri isə aktrisanın ölüm şəraitinin müəyyənləşdirilməsinə kömək edirlər.
Bundan əvvəl “TMZ” portalı Panettyerinin ürəyinin dayanması nəticəsində öldüyünü bildirmişdi. Mənbələrin məlumatına görə, aktrisanın dostu təcili yardım xidmətinə zəng edərək onun huşsuz vəziyyətdə olduğunu və ürəyinin dayandığını bildirib.
Hüquq-mühafizə orqanları ilkin araşdırma zamanı zorakı ölüm əlamətlərinin aşkarlanmadığını və hadisənin şübhəli hesab edilmədiyini açıqlamışdı.
Hayden Panettyeri karyerası ərzində onlarla film və serialda çəkilib, həmçinin animasiya filmləri və videooyunların səsləndirilməsində iştirak edib. O, “Scream 4” (2011) və “Scream 6” (2023) qorxu filmlərində, eləcə də “Heroes” (2006-2010) və “Nashville” (2012-2018) seriallarında rol alıb. “Nashville”dəki roluna görə aktrisa iki dəfə “Qızıl Qlobus” mükafatına namizəd göstərilib.
Aktrisa bir neçə il ukraynalı keçmiş dünya çempionu Vladimir Kliçko ilə münasibətdə olub. Onların 2014-cü ildə qızı dünyaya gəlib.