BAKI, 20 avqust. TELEQRAF

İndoneziyanın Flores adasında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 188 min nəfərin yaşadığı Labuan-Baco şəhərindən 72 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.