BAKI, 9 iyun. TELEQRAF
ABŞ və İran arasında nizamlanmaya dair saziş yaxın iki-üç gün ərzində əldə oluna bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Ağ Ev rəhbəri tərəflərin razılığa gəlmək şanslarını yüksək qiymətləndirib:
"İki və ya üç gün. Bizim buna nail olmaq üçün yaxşı şanslarımız var. Normalda biz bunu bir saat ərzində etmək imkanına malik olmalıyıq. Hazırda tərəflərin mövqeləri arasında heç bir ciddi ziddiyyət yoxdur. Hər hansı maneənin olduğunu düşünmürəm. Biz çox güclü və qüdrətli sazişin imzalanmasına olduqca yaxınıq".