BAKI, 29 may. TELEQRAF

ABŞ-nin Havay ştatında hüquq-mühafizə orqanları üç yaşlı kişinin qətli ilə bağlı şübhəli bilinən şəxsin axtarışını aparır.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı yerli polis rəhbərliyinin açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, son 48 saat ərzində 69 və 79 yaşlı üç kişi öldürülüb. Qətllərdə şübhəli bilinən şəxs 36 yaşlı Ceykob Daniel Beykerdir. Hazırda onun polisdən qaçdığı və gizləndiyi bildirilir.

Havay polisi rəisi Rid Mahuna mətbuat konfransında bildirib ki, hüquq-mühafizə orqanları şübhəlinin hər üç qətldə iştirak etdiyinə əmindir.

“Hazırda əlimizdə olan sübutları açıqlaya bilmərik. Lakin əminik ki, şübhəli hər üç qətldə məsuliyyət daşıyır və ya onlarla əlaqəlidir”, - deyə o qeyd edib.

Məlumata əsasən, qurbanlardan biri mayın 25-də sementə basdırılmış vəziyyətdə tapılıb. Digər iki meyit isə həmin ərazidən bir neçə mil uzaqlıqda aşkarlanıb.

CNN-in məlumatına görə, meyitlər tapılmazdan bir neçə gün əvvəl iki qadın Beykerin onları hədələdiyini bildirərək məhkəməyə müraciət edib və onun barəsində məhdudlaşdırıcı qərar çıxarılmasını istəyib.