BAKI, 3 may. TELEQRAF
Fransanın Şer departamentində hərbi poliqon ərazisində təşkil olunan qeyri-qanuni məclis zamanı 33 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.
Fransa daxili işlər naziri Loran Nunes bildirib ki, zərərçəkənlərdən 28 nəfərin vəziyyəti yüngül, 5 nəfərin isə ağırdır. Ümumilikdə 12 nəfər xəstəxanaya yerləşdirilib, bəzi hallarda xəsarətlər narkotik istifadəsi ilə əlaqələndirilir.
Məlumata görə, tədbirin keçirildiyi ərazidə iki partlamamış sursat da aşkarlanıb.
Nazir belə bir tədbirin qapalı və təhlükəli hərbi obyekt ərazisində keçirilməsini sərt tənqid edib.
Qeyd olunur ki, qeyri-qanuni festivalda təxminən 17 min nəfər iştirak edib.