BAKI, 3 may. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin (EPC) 8-ci sammitində iştirak etmək məqsədilə İrəvanda səfərdə olan ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı N. Paşinyan ATƏT-in Baş katibinin səfərini yüksək qiymətləndirib və Ermənistan-ATƏT əməkdaşlığının, xüsusilə müxtəlif sahələrdə potensialın gücləndirilməsinə yönəlmiş layihələrin davamlı inkişafının vacibliyini vurğulayıb.

Görüşdə tərəflər Ermənistan-ATƏT əməkdaşlıq gündəliyi, eləcə də regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə regional kommunikasiya yollarının açılmasına yönəlmiş layihələr müzakirə mövzusu olub.