BAKI, 2 may. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Taniyə zəng edib. Əraqçi ABŞ ilə aparılan danışıqların hazırkı vəziyyəti barədə Əl-Tanini məlumatlandırıb.

Teleqraf xəbər verir ki, "Əl-Cəzirə" məlumat verib.

Əl-Tani bildirib ki, Qətər müharibənin sülh yolu ilə sona çatmasına yönəlmiş vasitəçilik səylərini tam dəstəkləyir.

O, Hörmüz boğazında naviqasiya azadlığının çox vacib olduğunu vurğulayıb.