Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Poltava rayonunda dəmir yolu infrastrukturuna hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Poltava Vilayət Hərbi İdarəsinin rəhbəri Vitali Dyakivniç bildirib.

"Düşmən növbəti dəfə Poltava rayonuna hücum edib. PUA-nın dəmir yolu infrastrukturu obyektinə zərbə endirməsi faktı qeydə alınıb", - deyə rəsmi vurğulayıb.

İdarə rəhbərinin sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, aprelin 19-u səhər saatlarında Rusiyaya məxsus PUA Poltava vilayətində yerləşən müəssisələrdən birinin lokomotivini də hədəfə alıb.