BAKI, 6 mart. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatı yeni mərhələyə keçib və bu mərhələdə əsas məqsəd ölkənin ballistik raket istehsalı imkanlarını məhv etməkdir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper mətbuat konfransında açıqlama verib.
O bildirib ki, ABŞ prezidenti hərbçilərə İranın ballistik raket istehsalı üzrə sənaye bazasını məhv etmək tapşırığı verib.
“Biz yalnız onların mövcud silahlarını vurmaqla kifayətlənmirik. Eyni zamanda İranın gələcəkdə hərbi gücünü bərpa etmək imkanlarını da məhv edirik”, – deyə Kuper qeyd edib.
Onun sözlərinə görə, əməliyyatın növbəti mərhələsində İranın raket istehsalı ilə bağlı sənaye gücləri sistemli şəkildə sıradan çıxarılacaq və bu istiqamətdə fəaliyyət artıq intensiv şəkildə davam edir.