BAKI, 6 mart. TELEQRAF
İran son hücumlar zamanı İsrailə qarşı kaset tipli döyüş başlıqları ilə təchiz olunmuş raketlərdən istifadə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, sözügedən raketlər İsrail ərazisinə endirilən son zərbələr zamanı tətbiq olunub. Bununla belə, raketlərin istifadə olunduğu hücumların detalları və digər texniki məlumatlar açıqlanmayıb.