BAKI, 14 fevral. TELEQRAF

NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ 2026-cı ildə Avropa ölkələri tərəfindən maliyyələşdirilən proqram çərçivəsində Ukraynaya təxminən 15 milyard dollar dəyərində silah istehsal edib təhvil verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rutte PBS telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Vaşinqton Kiyevə silah tədarükünü dayandırmayıb.

“ABŞ bəyan edib ki, tədarükləri davam etdirməyə hazırdır və bunu fasiləsiz, heç bir bloklanma olmadan edir”, – deyə NATO baş katibi vurğulayıb.

Rutte əlavə edib ki, ABŞ ayda təxminən 1 milyard avro dəyərində hərbi yardım göndərir.

“Beləliklə, bu il yenə təxminən 15 milyard dollar və ya 12 milyard avro həcmində kritik, həm öldürücü, həm də qeyri-öldürücü sistemlər, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün raket-tutucular tədarük ediləcək”, – deyə o bildirib.