BAKI, 30 yanvar. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Abbas Əraqçi sosial media hesabında paylaşım edib.
Qapalı keçirilən görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan da iştirak edib.