BAKI, 27 yanvar. TELEQRAF

Avropa İttifaqı (Aİ) və Hindistan azad ticarət sazişi üzrə danışıqları uğurla yekunlaşdırıblar.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, bu, tarixi, ambisiyalı və ticarət baxımından əhəmiyyətli bir sazişdir və tərəflər arasında indiyə qədər bağlanmış ən böyük ticarət müqaviləsi hesab olunur.

Avropa Komissiyasının sədri Ursula Fon der Leyen vurğulayıb ki, tərəflər iki dünyanın ən böyük demokratik ölkəsi arasında əməkdaşlığı gücləndirərək tarix yazıblar:

"Aİ ilə Hindistan arasında azad ticarət sazişi istehlakçıları əhatə baxımından misilsiz olacaq. Bəziləri bunu "bütün sazişlərin anası" adlandırır. Bu saziş 2 milyard insan üçün bazar yaradır ki, bu da dünya ÜDM-nin təxminən dörddə birinə bərabərdir".