BAKI, 18 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Braziliya lideri Luis İnasio Lula da Silvaya Qəzza sektorunda yaradılması nəzərdə tutulan “Sülh Şurası”nın təsisçilərindən biri olmağı təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, dəvət məktubu Tramp tərəfindən Braziliya prezidentinin Vaşinqtondakı səfirliyi vasitəsilə göndərilib. Kanalın mənbələri qeyd ediblər ki, Lula da Silva hələ bu təklifi qəbul edib-etmədiyini açıqlamayıb.