BAKI, 29 noyabr. TELEQRAF
İspaniya 31 ildən sonra ilk dəfə Afrika donuz taunu ilə üzləşib və bu hal ölkənin donuz əti ixracını ciddi risk altına salıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata əsasən, virus Kataloniya bölgəsində iki vəhşi qabanın üzərində aşkarlanıb. Bu fakt Avropa bazarlarında İspaniya məhsullarına qarşı mümkün məhdudiyyətləri gündəmə gətirib.
Agentlik xatırladır ki, hazırda Afrika donuz taunu Avropa İttifaqının 13 ölkəsində mövcuddur. Avropa İttifaqı qaydalarına görə, xəstəlik aşkar olunan ərazilərdə nəzarət və ləğvetmə üçün xüsusi prosedurlar tətbiq edilməlidir.
Qeyd olunur ki, İspaniya dünya üzrə donuz əti istehsalında dördüncü yerdədir. Öndə olan ölkələr isə Çin, ABŞ və Almaniya hesab olunur. Buna görə də epidemiyanın yayılması beynəlxalq ticarətə də ciddi təsir göstərə bilər.