BAKI, 26 noyabr. TELEQRAF

Qvineya-Bissau Respublikasının Prezidenti Sissoko Embalo həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Prezident ölkədə hökumət çevrilişi baş verdiyini, hökumətin bir neçə yüksək vəzifəli şəxsinin həbs edildiyini bildirib

Qeyd edək ki, Qvineya-Bissauda ötən bazar günü prezident seçkiləri keçirilmiş. Sissoko Embalo seçkilərdə qalib gəldiyini bildirsə də, müxalifət nəticələri qəbul etməyib.

Onun rəqibi Fernando Dias De Kosta seçkilərin saxtalaşdırıldığını bəyan edib və tərəfdarlarını etiraza səsləyib.

Qeyd edək ki, Seçki Komissiyası noyabrın 23-də keçirilən prezident və parlament seçkilərinin nəticələrini hələ də açıqlamayıb.