BAKI, 26 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Ukraynaya "Tomahawk" raketlərinin çatdırılmasına manə olub.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, Uitkoffla Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov arasında sızan telefon danışığı xüsusi nümayəndənin raketlərin Ukraynaya göndərilməməsi üçün aktiv şəkildə çalışdığını üzə çıxarıb.