BAKI, 23 noyabr. TELEQRAF
ABŞ-də quş qripinin yeni ştammından ilk ölüm hadisəsi qeydə alınıb.
Teleqraf "Euronews"a istinadən xəbər verir ki, ölən şəxs yaşlı kişi olub.
Vaşinqton ştatında əvvəllər insanlarda rast gəlinməyən quş qripinin H5N5 ştammı ilə yoluxmuş ilk xəstə dünyasını dəyişib. Dövlət səhiyyə departamenti cümə günü bildirib ki, mərhum yaşlıdır.
Səlahiyyətlilər xəstənin evində müxtəlif növ quşlar aşkarlayıblar. Əvvəllər yalnız heyvanlarda tapılan H5N5 virusu ilk dəfə insanlarda aşkar edilib.
Səhiyyə rəsmiləri əhali üçün riskin yüksək olmadığını vurğulayıblar.