BAKI, 18 noyabr. TELEQRAF
Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü zamanı ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, gərgin iş qrafikinə görə yuxusuzluqdan əziyyət çəkir.
Teleqraf xəbər verir ki, Tramp Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın da onun kimi az yatdığını bildirib: "Biz az yatırıq. Çünki ölkəmiz haqqında düşünürük".
Tramp öz vəziyyətini sələfi Co Baydenin hər yerdə, hətta çimərlikdə belə yuxuya getməsi ilə bütün rekordları qırdığını bildirib: “Bayden çimərlikdə yuxuya gedə bilən yeganə oğlan idi".