BAKI, 15 noyabr. TELEQRAF
Kansler Fridrix Merz başda olmaqla Almaniya hökuməti ölkənin əsas problemlərini həll edə bilmədiyi üçün ictimai narazılıq artır.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşr bildirir ki, bu, siyasətçinin hakimiyyətdə qalmasına təhlükə yaradır.
Agentlik Merzi "büdrəyən" bir kansler kimi təsvir edərək, səlahiyyət müddətini başa vurmayan sələfi Olaf Şolzun taleyinə bənzər bir tale proqnozlaşdırdığını qeyd edib.
Qeyd edilir ki, gələn il şirkətlərin və istehlakçıların vəziyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş yeni iqtisadi siyasətin yanvar ayında qüvvəyə mindiyi zaman həlledici olacaq. Bundan əlavə, beş federal vilayətdə seçkilər hökumətin fəaliyyəti ilə bağlı ictimai rəyin göstəricisi olacaq.