BAKI, 13 noyabr. TELEQRAF

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 12,31 kilometr dərinlikdə baş verib.