BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Ukraynaya "Tomahawk" raketlərinin tədarükü ilə bağlı mövqeyini dəyişə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, Donald Tramp oktyabrın 16-da Putinə telefon danışığı zamanı Kiyevə "Tomahawk" raketlərini vermək niyyətində olmadığını göstərməyə çalışıb.
Telefon danışığından sonra Tramp bildirib ki, tərəflər yaxın gələcəkdə Macarıstanın paytaxtında görüşməyi razılaşdırıblar. ABŞ lideri daha sonra qeyd edib ki, görüşün iki həftə ərzində baş tutması mümkündür.