BAKI, 17 oktyabr. TELEQRAF

ABŞ-yə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski "Patriot" hava hücumundan müdafiə sistemlərini istehsal edən "Raytheon" hərbi-sənaye şirkətinin nümayəndələri ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər "Raytheon” şirkətinin istehsal imkanlarını və Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə əməkdaşlıq yollarını müzakirə ediblər.

Volodimir Zelenskinin həmçinin ABŞ və Ukrayna arasında birgə silah istehsalı imkanlarını da müzakirə etdiyi qeyd olunub.