BAKI, 15 oktyabr. TELEQRAF
Rusiya Zaporojye Atom Elektrik Stansiyasının (AES) bərpa işləri üçün Ukrayna ilə lokal atəşkəsə razıdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
"Stansiya 2022-ci ildən dayandırılıb və hazırda fövqəladə dizel generatorları ilə fəaliyyət göstərir. İşlərin həyata keçirilməsi üçün təmir zonalarında lokal atəşkəs barədə razılıq əldə olunmalıdır",- o qeyd edib.