BAKI, 11 oktyabr. TELEQRAF
Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətində yerləşən 14 yaşayış məntəqəsini atəşə tutması nəticəsində iki nəfər həlak olub, 11 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.
İvan Fedorovun sözlərinə görə, son sutka ərzində Rusiya Zaporojye vilayətinin 14 yaşayış məntəqəsinə ümumilikdə 679 zərbə endirib.