BAKI, 4 oktyabr. TELEQRAF.
Rusiya rəhbərliyi bu barədə qərar qəbul edərsə, Zaporojye Atom Elektrik Stansiyası (ZАES) ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlığa hazırdır.
Teleqraf xəbər verir ki, bunu TASS-a müsahibəsində Atom Elektrik Stansiyasının direktoru Yuri Çernıçuk bildirib.
Y.Çernıçuk qeyd edib ki, texniki baxımdan ZАES ABŞ-lə işləməyə hazırdır, lakin bu məsələnin həlli üçün yüksək səviyyədə qərarlar tələb olunur. O əlavə edib ki, belə məsələlər əvvəllər ortaya çıxmayıb.