BAKI, 3 oktyabr. TELEQRAF
Oktyabrın 3-nə keçən gecə Rusiya tərəfindən Ukraynanın bir neçə regionunda enerji infrastrukturu, o cümlədən qaz nəqliyyatına aid obyektlər hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi "Facebook"da məlumat yayıb.
Bildirilir ki, hadisənin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və enerji xidmətlərinin əməkdaşları işləyir.